"Kreativ Azərbaycan" portalının Virtual Platformasının ilk görüşü olacaq

Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Kreativ Azərbaycan" portalının Virtual Platforması təsis olunmuşdur. Platformanın əsas məqsədi dövlət və özəl sahələrdə çalışan istedadlı və yüksək bacarıqlı şəxslərin onlayn müzakirələr üçün bir araya gəlməsidir.

Mədəniyyət Nazirliyindən SİA-ya verilən xəbərə görə, ilk platforma görüşü virtual olaraq cari ilin 14 aprel tarixində saat 15:00-da keçiriləcəkdir. Görüş “Kreativ Azərbaycan” platformasının Facebook səhifəsindən (www.fb.com/creative.az) canlı yayımlanacaqdır.

Virtual Panelin mövzusu: “Covid-19 virus pandemiyasının yaratdığı virtual reallıq və gələcək proqnozlar”.

Moderator:

Vasif Eyvazzadə - AR Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri

Panel iştirakçıları:

Fariz İsmayilzadə - ADA Universitetinin prorektoru
Tural Kərimli - İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri
Şahin Seyidzadə - AR Milli Məclisin deputatı
Rüfət Həmzəyev – AZTV-nin sədr müavini
Fariz Cəfərov – AR Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumət İnkişafı Mərkəzinin Direktoru
Günel Fərəcova – Ernst & Young şirkətinin İqlim Dəyişikliyi və Dayanıqlı İnkişaf xidmətlərinin Azərbaycan və Gürcüstan üzrə rəhbəri
Hüseyn Hüseynov - AR İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri
Rəşad Əzizov – AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri
Cəsarət Valehov - AR Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri
Ramil Abbəkirov – AR Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...