Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının “Kitabxana – koronavirusa YOX deyir!” adlı layihəsi çərçivəsində keçirilən “Yazıçı və şairlər koronavirusla mübarizə edir” könüllülər aksiyası davam edir.

SİA-nın məlumatına görə, #EvdəQal çağrışına dəstək olan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu Gülarə Munis yeni yazdığı “Sabun və dəsmal” şeirini təqdim edir. Şeirdə uşaqlara təmizliyin vacib amil olduğunu bildirilir. Dəsmalın dilindən təmizliyin duşmənə qarşı ən böyük silah olduğu vurğulanır.

Şeir “Kitabsevər uşaqlar” "Facebook" və eyni adlı kanal vasitəsi ilə dünyada yaşayan azərbaycanlı uşaqlara da çatdırılacaq.

Sabun və dəsmal

Gəldi qorxulu kabus,

Adı koronavirus.

Yaman qorxdu uşaqlar,

Evdə qaldı qoçaqlar.

Nənələr nağıl dedi,

Nəvələr də dinlədi.

Yatmağa gedən zaman,

Nənə dilləndi bu an.

Səslədi o, Əlini:

“Sabunla yu əlini!”

Amma baxın bu tənbəl,

Sabuna vurmadı əl.

Yaman incidi dəsmal,

Ürəyinə düşdü xal.

Dedi: ”Bezmişəm daha,

Ümid qalır sabaha.

Çirkini silmə mənə,

Dağ çəkilir sinəmə.

Kim sevməyir sabunu,

Ona deyirəm bunu.

Çirkə bulanır üzüm,

Buna nə qədər dözüm?

Əlini yuyan zaman,

Ey sabunu unudan.

Əlində virus olar,

Virus aləmə dolar.

Bütün xəbərlər Facebook səhifəmizdə