Füzulidə mədəniyyət işçiləri təqaüddə olan həmkarlarına baş çəkiblər

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində işləmiş və hazırda təqaüddə olan tənha yaşayan və yaşı 65-dən yuxarı sosial dəstəyə ehtiyacı olan mədəniyyət işçiləri ilə daim əlaqə saxlayır, onların maddi-məişət qayğılarını yüngülləşdirməyə çalışırlar. Xüsusilə karantin günlərində mədəniyyət işçiləri keçmiş həmkarlarının qapısını döyür, onlara müəyyən yardımlar göstərirlər.

SİA-nın məlumatına görə,Füzuli rayon mədəniyyət müəssisələrinin əməkdaşları uzun müddət rayonun Babı kənd mədəniyyət evində çalışmış Zeynəb Hacıyevanın və İnqilab Mikayılovun yaşadığı mənzilə gedərək onların səhhəti və karantin günlərindəki həyat tərzi ilə maraqlanıblar.

Mədəniyyət sahəsinin veteranları onlara göstərilən bu diqqət və qayğıya, göstərdikləri yardıma görə öz minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...