“Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda ədəbi məclis keçirilib

“Molla Nəsrəddin” və mollanəsrəddinçilər” mövzusunda ədəbi məclis keçirilib
Bu gün Cəlil Məmmədquluzadənin ev-muzeyində "Molla Nəsrəddin" və mollanəsrəddinçilər" mövzusunda ədəbi məclis keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Cəlil Məmmədquluzadə tədqiqatçıları, yazıçı-publisistlər, karikaturaçı rəssamlar və başqaları iştirak ediblər.

Tədbirdə Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti, "Molla Nəsrəddin" jurnalının nəşri tarixi, mollanəsrəddinçi ədib, şair və rəssamlar haqqında çıxışlar dinlənilib.

Azərbaycan Milli Dövlət Arxivinin direktoru Ataxan Paşayev "Milli Dövlət Arxivinin fondlarında Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərə aid materiallar haqqında", "Kirpi" jurnalının baş redaktoru Polad Qasımov "Molla Nəsrəddin" və müasirlərimiz", Karikaturaçı rəssam, "Kirpi" jurnalının rəssamı Hafis Nəsiroğlu "Mollanəsrəddinçi karikatura məktəbinin davamçıları" Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilərin əsərlərindən hazırladıqları kompozisiya ilə çıxış ediblər.

Tədbir iştirakçıları muzeyin əsas fondlarının materiallarından hazırladıqları "Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin" səyyar sərgisi ilə də tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə