Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi "Ən Yaxşı Fotoşəkil" müsabiqəsinin nəticələri açıqlanıb. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Dünya xalqları və müxtəlif sivilizasiyalar arasında mədəniyyətlərarası dialoq" mövzusunda "Ən Yaxşı Fotoşəkil" müsabiqəsinin nəticələrinə əsasən:
I dərəcəli diplom "Xınalıqdan bir oğlan" fotoəsərə görə Şirin Rzayevaya;
II dərəcəli diplom "Biz bir ailəyik" ağ-qara fotoşəkillər silsiləsindən fotoəsərə görə Rafiq Qəmbərova;
III dərəcəli diplom isə "Dinlər arası dialoq" fotoəsərə görə Farix Xayrulinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB