Əlilliyi olan və olmayan aktyorlar ibarət ilk inklüziv teatrı olan - ƏSA Teatrı “Paris partladı” tamaşasını təqdim edəcək. SİA-nın məlumatına görə, görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşası martın 18-də S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunacaq.

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

Səhnə əsərinin quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadədir.

Rollarda İmran Lalayev, Səmayə Ağayarova, Könül Şahbazova, Elsevər Rəhimov, Niyaz İlyasoğlu, Elvin Mirzəyev, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, Aysel Feziyeva, Fərid Əliyev, Günay Məmmədova, Bəhram Rəhimli, Orxan Əliyev və Cəmilə Məmmədli çıxış edəcəklər.

Tamaşaya biletləri şəhərin bütün kassalarından, iTicket.Az onlayn bilet satış portalından, “Gənclik Mall” və “28 Mall” ticarət mərkəzlərindən, “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...