“III Riçard” yenindən nümayiş olunacaq

Fevralın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Uilyam Şekspirin “III Riçard” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları Xalq artisti Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova və başqaları ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə