Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Bu barədə SİA-ya Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov məlumat verib.
Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.
Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.
Tədbirdə hər kəsin iştirak etmək imkanı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB