Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyana Konserthausda çıxış edəcəklər. SİA-nın məlumaına görə, konsertin proqramına Cüzeppe verdi və Cakomo Puççininin əsərləri daxildir.
Anna Netrebko (soprano) yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. 2007-ci ildə ABŞ-ın “Time” jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.
Yusif Eyvazovun (tenor) 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C.Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris və digər nüfuzlu opera teatrlarından dəvət alıb. Adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB