"Azərbaycan və Rusiya tarixboyu böyük inkişaf yolu keçiblər"

Çox şadam ki, “Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı mənim yubileyimə təsadüf edib. Tədbirin keçirilməsinə dəstək verdikləri üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə TASS informasiya agentliyinin direktorunun birinci müavini Mixail Qusman deyib.

Növbəti dəfə Bakıda olmasından, gördüyü yüksək səviyyəli qonaqpərvərlikdən məmnun olduğunu deyən Mixail Qusman konfransda dostluq və mehribanlıq ab-havası hökm sürdüyünü bildirib.

Mixail Qusman qeyd edib ki, Azərbaycan və Rusiya tarixboyu böyük inkişaf yolu keçiblər. Ulu Öndər Heydər Əliyev ölkələrimiz arasında münasibətlərin inkişafına, xüsusilə də humanitar sahədə əməkdaşlığa böyük önəm verib.

Bütün xəbərlər Facebook səhifəmizdə