Ramil Qasımov: “Bülbül dühasından ilham alıb Koroğlunu oynamışam”
Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçirilib. SİA-nın məlumatına görə, bununla bağlı baş rolun ifaçısı Ramil Qasımov bu gün mətbuat nümayəndələri ilə görüş keçirib.
İlk dəfə olaraq tamaşada Koroğlu partiyasını gənc və istedadlı vokalçı Ramil Qasımov ifa edib. Azərbaycan səhnəsində Koroğlu partiyasının ən gənc ifaçısı sayılan Ramil Qasımovun debütü tamaşaçıların böyük marağına səbəb olub və tamaşa anşlaqla baş tutub.
Uğurlu debütü ilə bağlı danışan Ramil Qasımov ilk olaraq Koroğlu partiyasına teatrın rəhbərliyi tərəfindən dəvət olunmasından söz açıb. O bildirib ki, 11 ildir, Musiqili Komediya Teatrında çalışır. Sənətin sirlərini isə Bülbülün tələbəsi olmuş Mobil Əhmədovdan öyrənib. Ramil Qasımov bu partiyaya hazırlaşdığı müddətdə 1 ay Qobuda atla məşq edib: "Təbii ki, Koroğlunun əvvəlki ifaçılarını izləmişəm. Ən çox da Bülbüldən təsirlənmişəm. Koroğluya məhz Bülbülün ifasında vurğun olmuşam. Amma Lütfiyar İmanovun da ifasını çox bəyənirəm. Onu da deyim ki, Lütfiyar İmanov mənim solo konsertimdəki çıxışı zamanı "mən Koroğlunu Ramil Qasımovun ifasında duyuram" demişdi. Mənim üçün də ən yaxın obraz birinci növbədə Koroğlu, ondan sonra isə Əsgər obrazıdır".
Ramil Qasımov həmçinin onu da vurğulayıb ki, Bülbül dühasından ilham alıb Koroğlunu oynamışam.
Koroğlunun gənc ifaçılarına gəlincə, Ramil onların hər birinin ifasının özünə məxsus olduğunu deyib: "Mən heç bir ifanı nə pisləyə, nə də tərifləyə bilmərəm. Hərənin özünə məxsus ifası var. Bununla yanaşı mən heç vaxt öz ifama belə yaxşı deməmişəm".
Jurnalistlərin suallarını cavablandıran vokalçı operamızın şah əsəri sayılan "Koroğlu"nun film-opera variantını hazırlamaq fikrində olduğunu da dilə gətirib. Onu da deyib ki, onun ifasında növbəti "Koroğlu" operası yeni teatr mövsümündə - sentyabr ayında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB