Sumqayıt Dövlət Dram teatrının kollektivi Şəhidlər xiyabanını ziyarət edib FOTOLAR

20 yanvar tariximizin həm kədərli, həm də qürur yerimizdir. Xalqımızın qan yaddaşına qəhrəmanlıq günü kimi əbədi həkk olunan Yanvar faciəsinin 30-cu ildönümü ölkənin hər yerində olduğu kimi Sumqayıtda da kütləvi şəkildə qeyd olunur. Teatrdan SİA-ya verilən xəbərə görə, böyük izdihamla müşaiyyət olunan anım mərasimində Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və işçi heyəti də yer alıb. Hər zaman repertuarında vətənpərlik mövzusuna, maarifləndirici eyni zmanda tarixi əsərlərə xüsusi yer verən Sumqayıt Dövlət Dram teatrının kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Teatrın drektor əməkdar artist Mübariz Həmidov və yaradıcı heyət xiyabanda şəhid məzarlarına gül dəstələri qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə