“And” tamaşası yenidən səhnədə

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrı yenidən tamaşaçıların görüşünə gəlib. SİA-nın məlumatına görə, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “ƏSA” Teatrı tərəfindən J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanmış “And” tamaşası nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Nicat Qulam, səhnə və geyim tərtibatçısı Viktoriya Lermandır. Tamaşada “Xəsis” əsərinə tamamilə yeni rakursdan baxılır. “Xəsis” komediyasındakı baş qəhrəman - Qarpaqonun ikrah hissi yaradan şəxsi keyfiyyətləri və xəsisliyi deyil, daha çox insanların bir-biri ilə olan münasibətlərində bir çox hallarda öz mənfəətini, şəxsi ambisiyalarını üstün tutması halları ön plana çəkilir və tənqid olunur. Modern əsaslarla quruluşu verilən, bir saat davam edən “And” dramatik komediya əvvəldən axıra qədər tamaşaçını intizarda saxlayır, onu düşünməyə vadar edir.

Bütün xəbərlər Facebook səhifəmizdə