İranlı Ququş İstanbulda ikinci dəfə konsert verəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, İran musiqisinin ən tanınmış qadın sənətçilərindən biri olan Ququş dünya turu çərçivəsində İstanbulda yeni bir konsertlə öz pərəstişkarlarının qarşısına çıxacaq. İranlıların sevimli sənətçisi ötən ilin sentyabr ayında da İstanbulda möhtəşəm bir konsertə imza atmışdı.
Məlumat üçün bildirək ki, əslən azərbaycanlı olan Ququş keçən dəfəki konsertində oxuduğu türkcə mahnıları ilə sadəcə iranlıları deyil, eləcə də türk dinləyiciləri də heyrətə gətirmişdi.
Türkiyənin məşhur sənətçiləri- Ajda Pekkan ve Emel Sayınla düet oxuyan müğənni İstanbulda verdiyi sonuncu konsertində məşhur Azərbaycan mahnısı olan "Ayrılıq"ı gözyaşları içində oxumuşdu. Onu da qeyd edək ki, sənətçi bu konsertində də türkçə mahnılar səsləndirəcək.
Qeyd edək ki, İranın ən sevilən qadın sənətçisi olan Ququş onlarca albom çıxarıb və 500-dən artıq filmdə rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB