Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbində Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. İdarədən SİA-ya bildirilib ki, tədbiri nəzəriyyə şöbəsinin müəllimi Gülarə Əliyeva açaraq Süleyman Ələsgərovun həyat və yaradıcılığından ətraflı məlumat verib.
Qeyd edilib ki, musiqi aləminə tar ilə qədəm qoymuş bəstəkar xalq çalğı alətləri üçün əsərlər bəstələyib, onların təbliği, tədrisi sahəsində əlindən gələni əsirgəməyib. Bəstəkar bir neçə operettanın, mahnıların, romansların və bir çox başqa əsərlərin müəllifidir.
Sonda məktəbin şagirdləri bəstəkarın əsərlərini səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB