İncəsənət Gimnaziyasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə konserti keçiriləcək
Dekabrın 26-da Azərbaycan Milli Konservatoriyasının nəzdində olan İncəsənət Gimnaziyasında M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Ürəklər gülsün” adlı xeyriyyə konserti keçiriləcək.
SİA xəbər verir ki, “Sizi tanıyaq” layihəsi çərçivəsində reallaşacaq tədbir imkansız ailələrin övladları, sağlamlıq problemi olan uşaqlar üçün nəzərdə tutulub.
Giriş sərbəstdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB