Elçin Əfəndiyevin “Sosrealizm bizə nə verdi?” kitabının təqdimatı keçirilib
Bu gün Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın xalq yazıçısı, baş nazirin müavini Elçin Əfəndiyevin "Sosrealizm bizə nə verdi?" kitabının təqdimatı keçirilib. SİA-nın xəbərinə tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, Elçin Əfəndiyev çoxsaylı əsərləri ilə minlərlə insanların qəlbinə yol tapıb. Onun sözlərinə görə, müəllifin bu dəfəki kitabı da öz aktual mövzusu ilə Azərbaycan gənclərinə, ziyalılarına dəyərli töhfə olacaq.
"Bu əsər ayrı-ayrı hissələr şəklində "525-ci qəzet"də çap olunub. Kitab Azərbaycan filologiyasının çox mühüm hissəsi olan ədəbiyyatın, mədəniyyətin bu gününə və sabahına nə verdiyinin çox gözəl şərhi və təsiridir. Nəşrdə ən əsas diqqəti cəlb edən məsələlərlə mühüm şah damarı tutulub. Burada müəllif Azərbaycan Sovet ədəbiyyatının qazandığı nailiyyətləri göstərə bilib. "Sosrealizm bizə nə verdi?" əsəri sovet dövrünün Azərbaycan ədəbiyyatına hansı töhfələr verdiyi və yaxud nədən məhrum etdiyi geniş təhlil olunub ", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən BSU-nun kafedra müdiri Məmməd Qocayev bildirib ki, bu kitabda mədəniyyətin, ədəbiyyatın inkişafı ilə bağlı geniş tədqiqat işləri aparılıb: "Kiçik həcmli kitabda böyük həcmli problemlər qoyulub və onların həlli yolları göstərilib. Burada bütün məsələr elə qoyulub ki, onlar gələcəkdə geniş təqdir və ya müzakirə olunmalıdır".
Tədbirin davamında çıxış edən E.Əfəndiyev qeyd edib ki, bu kitabdakı hadisələr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük bir dövrü sosrealizmin hakim ideoloji qüvvə olduğu dövrə təsadüf edir: "Bu mövzuda yazılan silsilə məqalələr sonradan bu kiçik monoqrafiya kimi universitet tərəfindən çap edilib. Bu mövzu mənim aktual mövzuda fikirlərim, düşüncələrimdir. Görünür, bu yalnız məni yox, geniş ictimaiyyəti düşündürən məsələdir. Ona görə də bu kitab böyük əks-səda doğurub. Çünki həqiqətən bu problem Azərbaycan ədəbiyyatında tədqiq edilən bir problemdir və bu səbəbdən çox geniş elmi dairələri maraqlandırır. Elə bir psixologiya var ki, sovet dövründə olan hadisələr qara xətlə göstərilir. Amma bu belə deyil, sosrealizmi nə qara, nə də başqa rənglərdə deyil, olduğu kimi göstərmək lazımdır. Universitet tələbələrinin, ziyalıların da bu barədə nə düşünmələri mənim üçün çox maraqlı və əhəmiyyətlidir".
Tədbirin davamında kitabın və burada öz əksini tapan sosrealizmin müzakirəsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB