“Gingerbread City” adlı sərgi açılıb FOTOLAR

Un məmulatlarından hazırlanmış şirin zəncəfilli şəhərcik təqdim olunub. SİA-nın məlumatına görə, təqdimat mərasimində Bakının əsas görməli yerlərinin miniatür versiyaları, o cümlədən, Heydər Əliyev Mərkəzi, Qoşa Qala qapısı, “Flame Towers”, Qız qalası, “Şeytan çarxı”, Teleqüllə, Azərbaycan Milli Xalça Muzeyi, həmçinin kiçik evlər, karusel və hətta ədvalı xəmirdən hazırlanmış təyyarə və gəmi də yer alıb. Hər il Avropanın müxtəlif şəhərlərində zəncəfilli pryaniklərdən evlər ucaldılır, Azərbaycanda “Gingerbread City” isə ilk dəfədir sərgilənir. Layihənin ideyası “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovaya məxsusdur.

Şirniyyat inşaat sənayesi şəhərcikdə qənnadı məmulatlarından hazırlanmış “Gingerbread” insanların Yeni il alış-verişi etmələri üçün işıqlı oyuncaq mağazaları və kiçik şirniyyat dükanlarına qədər real sosial infrastrukturu yaradıb. Şirniyyat şəhərciyinin əsas arxitektoru isə Rəşad Ələkbərovdur. Şəhərçikdə 80 ev, 77 marsipandan şam ağacı, 43 pryanik şam ağacı və 17 bayram xizəyi yerləşdirilib, küçələrdə isə yüzlərlə qənnadı məmulatlarından hazırlanmış insanlar gəzişir – şəhərciyin inşasında 50 kq un və 10 kq şəkərdən hazırlanmış 100 kq xəmir istifadə olunub. Bir ay ərzində “Le Plaisir”in on şirniyyatçısı yorulmadan işləyib və pryanikləri bəzəyiblər. Ədvalı şəhərciyin tərtibatına 200 kq marsipan, çoxlu şokolad, makarun, şirə, marmelad və rəngbərəng M&Ms konfetləri istifadə olunub.

Sərgidə sponsorlar və “Nargis” nəşriyyat evinin dostları iştirak edib. Dadlı miniatürlərin hazırlanma prosesi “time-lapse” formatlı videoda müşahidə olunub . Sərgi yanvarın 13-nə qədər açıq olacaq, səhər saat 10-dan axşam saat 10-a qədər onu ziyarət etmək mümkündür. Giriş sərbəstdir. Şəkərli küçələrin fotolarını sərbəst olaraq çəkib sosial şəbəkələrdə #nargisgingerbreadcity həştəqi ilə paylaşmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə