"Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” davam edir. Teatrdan SİA-ya verilən məlumatına görə, noyabrın 29-da edilən “Cəfər Cabbarlı həftəsi”ndə daha bir tamaşa nümayiş olunacaq. Cabbarlı dramaturgiyası pərəstişkarlarını çoxdan bəri Azərbaycan səhnəsində görünməyən “Oqtay Eloğlu” ilə görüş gözləyir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşunda təqdim ediləcək səhnə əsərinə Xalq artisti Vaqif Əsədov quruluş verib.
Xatırladaq ki, yubiley münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Yaşar”, Akademik Rus Dram Teatrında “Aydın”, Dövlət Gənc Tamaşaçılar Teatrında “Oqtay Eloğlu”, Şəki Dövlət Dram Teatrında “Sevil”, Lənkəran Dövlət Dram Teatrında “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”, Sumqayıt Dövlət Dram Teatrında “Solğun çiçəklər”, Gəncə Dövlət Dram Teatrında “Dönüş” tamaşaları dövlət sifarişi ilə hazırlanıb. Noyabrın 23-də başlanan həftə çərçivəsində sözügedən tamaşaların Bakı şəhərində sənətsevərlərə nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə