Sumqayıtlı zərb ustası beynəlxalq festivala qatılıb FOTO

Sumqayıtlı zərb ustası beynəlxalq festivala qatılıb FOTO

Sumqayıtlı ritm alətinin ustası Rövşən Cabbar Moskvada keçirilən “Ancient drums” (Qədim zərb alətləri) beynəlxalq ritm festivalına qatılıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbar yeni uğura imza atıb. Belə ki, musiqiçi Moskvada ilk dəfə keçirilən “Ancient drums” festivalında Azərbaycanı layiqincə təmsil edib. Festivalda dünya musiqiləri və ritmlərinə geniş yer ayrılıb.

Rövşən Cabbar festivalda Azərbaycanın qədim musiqi aləti - darbuka zərb alətində maraqlı çıxış nümayiş etdirib. Ritm ustasının çıxışı festival təşkilatçıları və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə