Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair Abbas Abdullanın "Seçilmiş əsərləri"nin və onun tərcüməsində Y.Kanevskinin "Emin ağa Borçalı" kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimi giriş sözü ilə AYB sədri, xalq yazıçısı Anar açıb: "Kitablarının təqdimatına yığışdığımız Abbas Abdullanı tanıtmağa ehtiyac yoxdur. Abbas Abdulla çox görkəmli şair, ədəbiyyatşünas, tərcüməçidir".
A.Abdullanı Rəsul Rza məktəbinin ləyaqətli davamçısı kimi təqdim edən Q.Ağsəs onun ən çox bəyəndiyi şeirlərini sadalayıb: "Sən mənim yarımsan, Araz, ay Araz" şeiri Abbas Abdullanın qələmindən çıxan ən sevdiyim şeirlərdəndir. Yaradıcılığını mütəmadi izlədiyim Abbas Abdullanın bayatıları da özündə maraqlı mətləbləri və dövrün problemlərini əks etdirdiyinə görə maraq doğurur".
Şair Fikrət Sadıq çıxışında A.Abdullanın yüksək insani keyfiyyətlərini dilə gətirərək, onun yazdığı hər bir əsərin gələcək nəsillərə ərməğan olduğunu bildirib.
Digər qonaqlar da şairlə bağlı fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları arzu ediblər.
Sonda çıxış edən Abbas Abdulla yaradıcılığına göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib.
Qeyd edək ki, "Seçilmiş əsərlər" kitabında A.Abdullanın indiyə qədər çap olunan əsərlərinin bir qismi toplanıb. Kitab şairin 70 illik yubileyinə hədiyyə olaraq AYB tərəfindən çap edilib. Kitabın önsöz müəllifi Nəriman Həsənzadədir. "Emin ağa Borçalı" kitabının baş qəhrəmanı Borçalı mahalının mötəbər insanlarından biri sayılan Emin ağa Borçalının həyatına həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB