İlhamə Quliyeva: “Bu kanala böyük ümidlər bəsləyirəm”-AÇIQLAMA
Azərbaycanın və Dağıstanın xalq artisti, Türk dünyasının Sənət Kraliçası İlhamə Quliyeva 14 fevral tarixindən yayıma başlayan "Mədəniyyət" kanalını ölkə mədəniyyəti üçün ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirir. SİA-ya danışan xalq artisti hər bir ölkənin öz mədəniyyəti ilə tanındığını dilə gətirib: "Hansısa ölkədə mədəniyyət sivil qaydadadırsa, demək, həmin dövlətin vətəndaşları gələcəyə inamla baxır, özlərinə güvənc hissini artırırlar. Hesab edirəm ki, Azərbaycanda "Mədəniyyət" kanalının açılması çox əlamətdar hadisədir. Bu kanala böyük ümidlər bəsləyirəm. Bilirəm ki, AzTV-nin nəzdində fəaliyyət göstərəcək bu kanalın verilişlərinin ana xəttini mədəni irsimizin yüksək səviyyədə təbliğ olunması təşkil edəcək. Onsuz da digər telekanallarla müqayisədə Dövlət Televiziyası həmişə bu yolla addımlayır. Ancaq yeni bir kanalın yayıma başlaması ondan xəbər verir ki, burada tamaşaçılara mədəniyyət, tərbiyə, yüksək zövq fərqli bir şəkildə aşılanacaq. Şəxsən bir sənətkar kimi yeni kanalın fəaliyyətə başlaması məni sevindirir. Məlum olduğu kimi, hazırda müxtəlif özəl televiziyalarda konsepsiya başqa cür qurulub. Verilişlərdə qalmaqallar həddindən artıq çoxdur, senzuradan kənar mövzular müzakirəyə çıxarılır. Amma bu sözlərin qətiyyən AzTV ilə heç bir bağlılığı yoxdur. Dövlət Televiziyası buna heş bir zaman yol verməyib. Dediyim kimi, "Mədəniyyət" kanalı da bu yolun davamçısı olacaq. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etmək istərdim".
Sevincini bizimlə bölüşən Primadonna müsahibəsi zamanı bəyan etdi ki, bundan sonra yaradıcılığındakı istənilən yenilik əsasən "Mədəniyyət" kanalı vasitəsilə pərəstişkarlarına çatdırılacaq: "Sizin vasitənizlə bildirmək istəyirəm ki, bundan sonra sənətim haqqında bütün eksklüziv məlumatları yaymaq hüququnu "Mədəniyyət" kanalına etibar edəcəyəm. Pərəstişkarlarım yaxşı bilirlər ki, İlhamə Quliyeva maqazin verilişlərindəki dedi-qodulardan, qalmaqallardan çox uzaqdır. Elə müəllif verilişləri var ki, heç mən onların efirində belə görünməməyə çalışıram. Yenə də bir istisna var ki, o da yalnız Dövlət Televiziyasında hazırlanan proqramlarla bağlıdır. Bu vaxta qədər ki, AzTV-dən aldığım hər bir dəvətlə bağlı dilimdən yox söz səslənməyib, bundan sonra səslənməyəcək də. Dövlət Televiziyası ilə paralel olaraq, bundan belə "Mədəniyyət" kanalı ilə sıx yaradıcılıq əməkdaşlığına başlayacağımıza ümidvaram. Bir sözlə, yaradıcılığımın yeni kanalda işıqlandırılması mənim üçün daha önəmli olacaq".
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqədə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) qalib gəlib. "Mədəniyyət" kanalı Azərbaycanda muğamın, mədəniyyətimizin təbliğinə yönəlmiş işləri ərsəyə gətirməyi qarşısına əsas məqsəd qoyub. Yeni kanala əməkdar incəsənət xadimi Cəmil Quliyev rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB