Müslüm Maqomayevin adı əbədiləşdirilir

Müslüm Maqomayevin adı əbədiləşdirilir

Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib. SİA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər. Həmin küçəyə Müslüm Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı tərəfindən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə