Heydər Əliyev Sarayında Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olub

Heydər Əliyev Sarayında Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti olub

İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konserti keçirilib.

SİA xəbər verir ki, konsertdən əvvəl ansamblın yaranma tarixi haqqında videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, ansambl 1996-cı ildə professor, sənətşünas alim Məcnun Kərim tərəfindən yaradılıb. Qədim Musiqi Alətləri Ansamblı ölkəmizi dünyanın bir çox şəhərlərində uğurla təmsil edib.

Konsertdə ansamblın solistləri Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova xalq və bəstəkar mahnıları, şərq musiqiləri ifa ediblər.

Xatırladaq ki, konsertin bədii rəhbəri Xalq artisti Munis Şərifovdur.

Rəngarəng keçən konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə