Bu gün UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakı Konqres Mərkəzində "Qırğızıstanın təbii və mədəni irsi" adlı sərgi açılıb. SİA-nın məlumatına görə, sərginin açılışından əvvəl Qırğızıstanın Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərdən danışıb. O, vurğulayıb ki, iki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir.
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən Nuran Niyazəliyev sessiyanın işinə uğurlar arzulayıb.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, Ümumdünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil, həm də bu çərçivədə müxtəlif tarixi, maddi-mədəni miraslara həsr olunmuş sərgilər təşkil olunur: "Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr qardaş xalqlarımızın tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir".
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi iyulun 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB