"Bu gənclər 8 muğam ustasının yetirmələridir"

"Bu gənclər 8 muğam ustasının yetirmələridir"

" 7-cu Televiziya Muğam Müsabiqəsi artıq başa çatmaq üzrədir. Sona ən perspektivli, ən yaxşı ifaçılar qalıb. Bu gənclər ölkəmizin tanınmış 8 muğam ifaçısının yetirmələridir". Bu sözləri SİA-ya özəl açıqlamasında müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi deyib.

"Sevinirəm ki, bu cür geniş miqyasda bir yarışma getdi", deyən icraçı direktor qeyd edib ki, müsabiqədə ölkəmizin müxtəlif musiqi məktəblərinin təmsilçiləri mübarizə apardı: "Bəzən geniş səs imkanlarına məxsus, çox potensiyallı, ifaçılıq baxımından olduqca gözəl səsə malik xanəndə bu müsabiqədə özünü göstərə bilmir. Hərdən bizə irad tuturlar ki, filankəs çıxdı, o yaxşı oxuyurdu. Amma bir şeyi unutmaq lazım deyil ki, bu müsabiqədir və müsabiqənin də öz şərtləri var. Mən bütün ifaçılara uğurlar diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə