“Bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıram” - Açıqlama
“Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. Mən bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıram. Bu çox vacibdir. Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır”. SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib.
O, əlavə edib ki, uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir: “Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB