“Bizi hər yerdə tanıyırlar, inamla yanaşırlar və hörmət edirlər. Bizim digər sahələrdə olduğu kimi, memarlıq sahəsində də əldə etdiyimiz nailiyyətlər bütün dünyaya göstərir ki, Azərbaycan inkişaf edir. Forumda üç gün ərzində keçiriləcək müzakirələrin nəticələrindən dünyanın hər bir guşəsində, o cümlədən tarixi şəhərlərində istifadə olunacaq". SİA-nın məlumatına görə, bu fikirləri Əməkdar memar Elbay Qasımzadə bildirib.
O, əlavə edib ki, turizm nəinki tarixi irsə ziyan vurmayacaq, hətta tarixi irs turizmdən faydalanacaq: "Bu günlər ərzində xarici qonaqlar xalqımızın mədəni irsi ilə tanış olacaq, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, xalqımızın qonaqpərvərliyi ilə tanış olacaqlar. Forum zamanı keçiriləcək sessiyalarda tarixi irsin istifadəsi və mühafizəsi, turizmin iqtisadiyyata, istehlakçıların vərdişlərinə, şəhər infrastrukturuna təsiri müzakirə olunacaq, tarixi şəhərlərdə kütləvi turizmə nəzarət edilməsi məsələləri araşdırılacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB