Yoqa və Sağlamlıq Festivalı

Bakıda beşinci dəfə təşkil edilən Yoqa və Sağlamlıq Festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festival "YARAT” Müasir İncəsənət Məkanı ilə Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, builki festival, “Yoga Shahi” studiyasının təsisçisi Səbinə Şahinin kuratorluğu ilə həyata keçiriləcək. Hindistanın Azərbaycandakı Səfirliyinin tərəfdaşlığı ilə təşkil ediləcək festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.

Bütün xəbərlər Facebook səhifəmizdə