Muzey binası üç mərtəbədən ibarət olacaq

Muzey binası üç mərtəbədən ibarət olacaq

Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyində aparılan tikinti işləri davam edir. Həyata keçirilən işlərlə əlaqədar Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tikinti aparılan ərazidə olublar, görülən işlərlə maraqlanıblar.

SİA-nın məlumatına görə, muzey binası üç mərtəbədən ibarət olacaq və müasir standartlara cavab verəcək. Azərbaycan aşıq sənətinin zəngin irsinin nümayiş olunacağı muzeydə bu sənət bağlı eksponatlar da xüsusi yer veriləcək. Muzeydə tikinti işlərinə 2013-cü ildə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə