Gənc Tamaşaçılar Teatrının aktrisası mükafata layiq görülüb- FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən 2 fevral- Gənclər Gününə həsr olunan tədbirdə beynəlxalq və yerli müsabiqələrdə, konsert, sərgi, festival, olimpiada, yarışlarda fərqlənən 22 gəncə "Gənclər mükafatı" təqdim olunub. Mükafatlandırılanlar arasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı aktrisası Günel Məmmədova da olub.
Gənc aktrisa "Gənclər mükafatı"na teatr sənəti sahəsində əldə etdiyi uğurlarına və Nobel mükafatı laureatı K.Hamusunun "Viktoriya" tamaşasında eyniadlı obraza verdiyi maraqlı səhnə həyatına, habelə Azərbaycan teatr sənətinin ayrı-ayrı xarici ölkələrdə keçirilən festivallarda uğurla təmsil etdiyinə görə layiq görülüb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən təsis olunan "Gənclər mükafatı" hər il 2 fevral – Gənclər Günü münasibətilə elm, texnika, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanan, habelə Azərbayacnı xarici ölkələrdə layiqincə təmsil edən yaradıcı gənclərə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB