Respublika Gənclər Kitabxanasında Heydər Əliyevin xatirəsi anılıb - TƏDBİR

Respublika Gənclər Kitabxanasında Heydər Əliyevin xatirəsi anılıb - TƏDBİR

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Respublika Gənclər Kitabxanasının üzvləri Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. SİA-nın məlumatına görə, tədbirdə ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, Vətənə bağlılığı dilə gətirilib.

Tədbir ulu öndərə həsr edilmiş şeirlərin səsləndirilməsi ilə davam edib.

Sonda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şeir müsabiqəsinin qalibləri fəxri fərmanlarla təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə