“Qisas almadan qayıtma” adlı bədii filminin çəkilişləri başa çatıb
Tanınmış rejissor Oqtay Mirqasımovun öz ssenarisi əsasında "Azərbaycanfilm" kinostudiyasında lentə aldığı "Qisas almadan qayıtma" adlı bədii filminin çəkilişləri başa çatıb. SİA-nın məlumatına görə, film macəra janrındadır.
Kəskin dramatik süjet xəttinə malik olan bu film ötən əsrdə Göygöl (Helenendorf) şəhərində yaşayan və 1941-ci ildə Stalinin əmri ilə Qazaxıstana sürgün olunan alman ailələrinin həyatından, bu ailələrdən birinin başına gətirilən faciədən və uzun illər sonra həmin hadisəyə görə alınan qisasdan bəhs edir.
Göygöl şəhərindəki alman kilsəsinin (kirxanın) önündə ilk çəkilişlər aparılıb. Yaradıcı briqada filmin ən dinamik kütləvi səhnələrindən birini burada çəkir. Dövlət tərəfindən maliyyələşən ekran əsərində azərbaycanlı sənətkarlarla yanaşı gürcü və alman aktyorlar da iştirak edirlər.
Qeyd edək ki, Göygöl şəhərinin əsası 1819-ci ildə rus çarı I Aleksandrın təşəbbüsü ilə Almaniyanın Vürtemberq bölgəsindən Cənubi Qafqaza köçərək bu yerlərdə məskunlaşan almanlar tərəfindən qoyulub. Uzun illər Helenendorf adlanan qəsəbə 1938-ci ildən Xanlar adlandırılıb. 2008-ci ildə isə şəhərə Göygöl adı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB