“Gəlin gənclərə hamılıqla dəstək göstərək”

“Gəlin gənclərə hamılıqla dəstək göstərək”

"Biz gənclərə dəstək olmaqla onları xoşbəxt gələcəyə aparırıq. Hamının dünyamızı daha yaxşı etməsi üçün görülən təşəbbüslər təqdirəlayiqdir". Bu fikirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması-BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışı zamanı deyib. O, əlavə edib ki, gənclərin müvafiq, doğru-düzgün təlim və tədrislə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır: "Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabaqcıl, humanitar, tollerant, açıq təfəkkürlüdür. Bu da tarixin təbii təkamülüdür. Gəlin, gənclərə hamılıqla dəstək göstərək".

Bütün xəbərlər Facebook səhifəmizdə