"Bəstəkarların və rəssamların yaradıcılıq şəhərciyinin inşası başlanır" - AÇIQLAMA
"Yazıçı peşəsi elədir ki, səmərəli, rahat şəraitdə işləmək üçün müəyyən yaradıcılıq evləri lazımdır. Sovet vaxtında özümüzün, yəni Əbəbiyyat Fondunun hesabına Şüvəlanda tikdirdiyimiz Yaradıcılıq evində öz təşəbbüsümüzlə qaçqınları yerləşdirdik. İndi qaçqınlarçün xüsusi şəhərçiklər salınıb və qaçqınları ora köçürürlər. Yaradıcılıq evimiz təmir olunacaqdır". SİA-nın məlumatına görə, bu sözləri Azərbvaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
Yazıçı bildirib ki, bundan başqa, Şabranın səfalı bir yerində yazıçıların, bəstəkarların və rəssamların yaradıcılıq şəhərciyinin inşası başlanır: "Hörmətli Prezidentimizin ziyalılarla görüşündə qaldırdığımız bütün bu məsələlər Prezident tərəfindən müsbət qarşılandı və lazımi tapşırıqlar verildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB