"Bütün bunlar insandan böyük bacarıq və istedad tələb edir" - MÜNASİBƏT
"Nizami Xudiyev həm elm sahəsində, həm də ideoloji işçi kimi öz missiyasını layiqincə yerinə yetirib. Azərbaycanın ictimai və siyasi həyatında yaxından iştirak edib, Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edib. O, çox zəngin həyata və fəaliyyətə malikdir". Bu sözləri Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov professor Nizami Xudiyevin 70 illik yubiley tədbirində çıxış edirkən bildirib.
Ə.Əhmədov əlavə edib ki, Nizami Xudiyev 10 il Azərbaycan dövlət Televiziya və Radio Şirkətinə sədaqətlə xidmət edib: "Nizami müəllim fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək nailiyyət əldə edib. Bütün bunlar insandan böyük bacarıq və istedad tələb edir".
Müəllif: Jalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB