“Gəncliyin səsi” layihəsi çərçivəsində konsert keçiriləcək

“Gəncliyin səsi” layihəsi çərçivəsində konsert keçiriləcək
Azərbaycan Dövlət Filarmoniyasında 2 Fevral Gənclər Gününə həsr olunan "Gəncliyin səsi" layihəsi çərçivəsində konsert keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov məlumat verib.

Məlumata görə, gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı proqram ilə çıxış edəcək.

Proqramda gənc bəstəkarların simfonik əsərləri ilk dəfə səslənəcək: Ayaz Qəmbərli – Fortepiano və orkestr üçün konsert, Türkər Qasımzadə – Simfoniya, SAİD QƏNİ – "Divertissement", Tahir Ibişov – Diptix - simfonik orkestr üçün konsert.

Konsertin solisti kimi gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə