“Planet Parni iz Baku” KVN teatrının ənənəvi aprel konsertləri gəlir. Belə ki, aprelin 19, 20, 21, 22-si “Nataşa mı prişla” adlı yeni konsert tamaşaçıları bir başqa cür güldürüb təəccübləndirəcək. SİA-nın məlumatına görə, konsertdə tam yeni səhnələr və yaradıcı yanaşmalar yer alacaq. Səhnədə hər zaman olduğu kimi, 20-ci əsrin çempionları, “Planet Parni iz Baku” KVN teatrının parlaq simaları - Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə və Ələkbər Əliyev olacaq. Biletləri şəhərin bütün kassalarından, 28 Mall, Ganjlik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.azsaytından əldə edə bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB