Azərbaycan Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin "Şəhərlər" adlı fərdi sərgisinin açılışı keçiriləcək. Muzeydən SİA-ya verilən məlumata görə, yanvarın 28-də keçirilməsi nəzərdə tutulan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşəbbüsü ilə baş tutacaq.
Rəssamın Bakıda - Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən ilk fərdi yaradıcılıq sərgisində 30-a yaxın rəngkarlıq nümunəsi tamaşaçılara təqdim olunacaq. Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olub.
Sərgi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, SOCAR Gürcüstan, ICOM Gürcüstan (Beynəlxalq muzeylər komitəsi) təşkilatlarının dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB