Fevralın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) yeni nəşr edilən musiqi kitabının təqdimatı olacaq. SİA-nın məlumatınna görə, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə çap edilən kitabda 20-ci əsrin çox məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada göstərilib. Bu yeni musiqi kitabı Milli Konservatoriyanın tədris planına daxil olacaq. Təqdimat mərasimində Əməkdar artist, tarzən Şəhriyar İmanovun konsert proqramı ilə çıxış edəcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB