“Mirzə İbrahimovun Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin fondundakı sənədlərin iki elmi siyahısı artıq hazırdır”- Açıqlama
Bu il nasir, dramaturq, publisist, xalq yazıçısı, akademik Mirzə İbrahimovun 100 illik yubileyidir. Yubileylə əlaqədar olaraq Mirzə İbrahimovun Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki 645 saylı fondunda ayrı-ayrı qruplaşmalar aparılıb.
Arxivin direktoru Maarif Teymurun SİA-ya verdiyi açıqlamaya görə, fondda saxlanılan sənədlərin iki elmi siyahısı sistemləşdirilib. Direktor onu da bildirib ki, Mirzə İbrahimovun çox zəngin olan bu fondunda 10 mindən çox sənəd, 2 mindən çox kitab qorunur.
Sənədlər arasında xalq yazıçısının tanınmış ədəbiyyat adamları ilə yazışmaları, klassiklər haqqında publisistik məqalələri, şeirləri, povestləri, hekayələri, tərcümələri də var. "Yubileylə əlaqədar Mirzə İbrahimovun fondundakı sənədlərin iki elmi siyahısı artıq hazırdır. Tədqiqatçılar, araşdırmaçılar üçün fond açıqdır. İstədikləri zaman bu sənədlərdən istifadə edə bilərlər",- deyə M. Teymur əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB