Həmyerlimiz Türkiyədə vokalçıların müsabiqəsində qalib olub - VİDEO

Həmyerlimiz Türkiyədə vokalçıların müsabiqəsində qalib olub - VİDEO

Həmyerlimiz, tələbə olan Fərhad Rəhimli Türkiyədə vokalçıların müsabiqəsinin qalibi olub. SİA-nın məlumatına görə, müsabiqə “TRT Music” telekanalı ilə yayımlanıb. Yüzlərlə iştirakçı arasından seçilmiş həmvətənimizin çıxışı hamını riqqətə gətirib. Onun ifası münsiflər heyətinin üzvü Koray Avcının və verilişin aparıcısı Duyqu Atakanın gözlərini yaşardıb.

Qeyd edək ki, müsabiqə şərtlərinə görə, qalib gəlmiş iştirakçının münsiflər heyətinin üzvü ilə duet oxumaq hüququ var. Fərhad bu hüququndan istifadə edərək bəstəkar, müğənni və musiqi tənqidçisi Koray Avcı ilə duet ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə