Sabirabadda Şura iclası keçirilib

Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak edib. İclası giriş sözü açan ilə Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov yeni ildə qarşıda duran vəzifələr barədə söhbət açaraq 2019-cu ildə görüləcək işlər haqqında məruzə ilə çıxış edib. O, çıxışında Mədəniyyət Nazirliyi rəhbərliyinin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinə çatdıraraq, xüsusilə sosial şəbəkələrdə fəaliyyətin artırılması və mətbuat xidməti ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Şura iclasında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar müəssisə rəhbərlərinə Nəsiminin həyat və yaradıcılığının təbliği istiqamətində silsilə tədbirlər keçrilmələri barədə tapşırıqlar verib. İclasda idarənin Sabirabad, Saatlı, Hacıqabul, rayonları Şirvan şəhər üzrə məsləhətçilərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня