Məşhur drijor Heydər Əliyev Sarayında çıxış edəcək

Məşhur drijor Heydər Əliyev Sarayında çıxış edəcək

Sankt-Peterburqdan olan məşhur dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun rəhbərlik etdiyi orkestrin ifasında “Rock Hits Show” adlı konsert proqramı təqdim ediləcək. SİA-nın verdiyi məlumata görə konsert Heydər Əliyev Sarayında, fevralın 23-də olacaq. Konsertdə maraqlı kompozisiyalar səsləndiriləcək.

Qeyd edək ki, bir sıra əsərləri, xüsusilə, məşhur “Xanım və kəndli qadın” və “Kaştanka ehtirasları” musiqiləri bəstəkar və dirijor İqor Ponomarenkoya şöhrət gətirib. O, həmçinin “Ma.Qr.İq.Al” və “Terem-kvartet” musiqi kollektivlərinin yaradıcısıdır. İqor Ponomarenko Rusiyada və bütün dünyada böyük populyarlıq qazanmış Sankt-Peterburq “IP ORCHESTRA” simfonik orkestrinin əsasını qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə