Gülnarə Xəlilovanın möhtəşəm geyim kolleksiyası İstanbulda - ÖZƏL

Gülnarə Xəlilovanın möhtəşəm geyim kolleksiyası İstanbulda - ÖZƏL

Tanınmış modelyer, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova İstanbulda maraqlı geyim kolleksiyasını təqdim edib. Moda həftəsində uğurla çıxış edən modelyerimizin kolleksiyaları “Turan” və “Toxunuş” adlanıb. SİA-nın məlumatına görə, AFWEU-nun təşkil etdiyi “Fashion Week Istanbul”da Türkiyə, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Nepaldan olan 16 məşhur dizaynerin kolleksiyaları da sərgilənib. UNICEF-in rəsmi tərəfdaşı olan “Africa Fashion Week Europe/Asia Fashion Week Europe” (AFWEU, prezident – Aydın Acık) “Turkish Heart Foundation” ilə əməkdaşlıq edir.

Gülnarə Xəlilova moda həftəsi çərçivəsində 20 geyim nümunəsi təqdim edib. Maraqlı kolleksiyalar təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Məlumat üçün bildirək ki,Gülnarə Xəlilovanın kolleksiyaları daha əvvəl Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya və Qırğızıstanda keçirilmiş Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim edilib.

Bundan başqa, modelyer, ölkəmizdə keçirilən nüfuzlu Avropa Oyunları və VI İslam Oyunlarına həsr etdiyi maraqlı geyim kolleksiyaları ilə də modasevərləri sevindirmişdir.

Müəllif: Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə