“Naməlum dahi” qısametrajlı filminin çəkilişinə başlanılıb FOTOLAR
Mədəniyyət Nazirliyinin bu il keçirdiyi qısametrajlı layihələr müsabiqəsinin qalibləri filmlərin çəkilişlərini C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının bazasında davam etdirirlər. Kinostudiyadan SİA bildirilib ki, artıq bu həftənin əvvəlində daha bir filmin çəkilişinə başlanılıb.
“Bravo” prodüser mərkəzinin müsabiqəyə təqdim etdiyi “Naməlum dahi” adlı fantastika janrında düşünülmüş kinoda hadisələr bizim zamanda və 450 ildən sonra baş verir.
Filmin rejissoru Kamran Adıgözəl, ssenari müəllifi Mübariz Nağiyev, operator Fahir İmanquliyevdir. Baş rolları Elşən Rüstəmov, Eyvaz İbrahimov və Sərdar Rüstəm ifa edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB