“Səma” rəqs ansamblının hesabat konserti keçirilib FOTOLAR

“Səma” rəqs ansamblının hesabat konserti keçirilib FOTOLAR

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı R.Behbudov adına Mahnı Teatrında hesabat konserti keçirib. SİA Bakı şəhər Mədəniyyət Baş İdarəsindən verilən xəbərə görə, konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xətai Rayon İcra Hakimiyyətinin və Gənclər İdarəsinin əməkdaşları Müşviq Məmmədov, Məmməd Rzayev, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Aparıcı Humay Muxtarova konserti açıq elan edərək, bütün qonaqları qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik edib.

“Səma”rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub. Həmçinin gənc müğənnilər Mircabbar Mirbabayev və Tafurun çıxışları tamaşaçılarda xoş təssürat yaradıb.

Sonda “Səma” rəqs ansamblının üzvlərinə fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə