Strasburqda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçirilib
Strasburqda Avropa Şurasının qərargahında 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun iclası keçirilib. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
İclasda YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəhbər şəxsləri, Avstriya Federal Mədəniyyət və Təhsil Nazirliyinin şöbə müdiri Norbert Riedl və müstəqil ekspert Robin Vilson iştirak edib.
Azərbaycan tərəfindən görüşdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov və həm Avropa Şurası, həm də YUNESKO yanında daimi nümayəndəliklərin əməkdaşları iştirak edib.
İclası zamanı Forumun gündəliyi, konsepsiya sənədi, əlavə təşkil ediləcək tədbirlər barədə müzakirələr aparılıb.
Müzakirələr nəticəsində Forum çərçivəsində keçiriləcək ayrı-ayrı sessiyaların, tədbiri dəstəkləyən beynəlxalq qurumlar tərəfindən təşkili və müvafiq moderatorlarla təmin etmələri, həmçinin tədbirin konsepsiya sənədinin sistemli şəkildə hazırlaranaq iştirakçılara göndərilməsi razılaşdırılıb.
İclasda Forumun təşkili və sənədlərin hazırlanması istiqamətində AR Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə həyata keçiriləcək bütün tədbirlərin cari ilin yanvar ayının sonuna kimi yekunlaşdırılması və fevral ayının əvvələrində İşçi qrupun növbəti iclasında təqdim edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB