“Günahsız günahkarlar”ın nümayişi davam edir

“Günahsız günahkarlar”ın nümayişi davam edir

Oktyabrın 10-11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı Arzu Soltanın “Günahsız günahkarlar” tamaşasını nümayiş etdirəcək. SİA-nın məlumatına görə, əsərdə insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır. Ali məktəblərdə nümayiş olunacaq tamaşa 1 saat 10 dəqiqə davam edir.

Müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim olan əsərdə rəqslərin quruluş Könül Şahbazova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə