“Ədibin evi”ndə görüş keçirilib FOTOLAR

“Ədibin evi”ndə görüş keçirilib FOTOLAR

Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” Beynəlxalq Elmi-Praktik Konfransa dünya milli kitabxanalarından dəvət olunmuş qonaqlarla İçərişəhərdə görkəmli yazıçı, alim, pedaqoq Mir Cəlal Paşayevin yaşadığı “Ədibin evi”ndə görüş keçirilib. SİA Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, “Ədibin evi”nin nümayəndəsi Elnur İmanbəyli qonaqları yazıçının bir vaxtlar yaşadığı ev ilə tanış etmiş, yazıçı barədə qonaqlara geniş məlumat verib.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək, Milli Kitabxanalardan dəvət olunmuş qonaqlara görkəmli yazıçı Mir Cəlal Paşayevin həyat və yaradıcılığından ətraflı danışıb, çıxışında Mir Cəlal Paşayev haqqında Milli Kitabxana tərəfindən fundamental biblioqrafiyanın nəşr edildiyini bildirib, biblioqrafiyada ədibin dünya kitabxanalarında mühafizə olunan bir çox kitablarının da bu göstəricidə yer aldığını qeyd edib.

Görüş zamanı Slovakiya Milli Kitabxanasının nümayəndəsi Janka Dropkova “Bir gəncin manifesti” əsərinin slovak dilində olan original nüsxəsini “Ədibin evi”nə hədiyyə edib.

Daha sonra qonaqlar yeni istifadəyə verilmiş Bakı Kitab Mərkəzində, Miniatür Kitab Muzeyində olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə